Avropa Liqasının qrup
mərhələsinin son matçında "Qarabağ"la qarşılaşacaq Milan
"İnter"i heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi.Sportnet.az-ın məlumatına görə, A
Seriyası təmsilçisi "Qalatasaray"ın təcrübəli futbolçusu Səlçuk İnana
elçi düşüb.
"Neradzurra”nın yeni baş
məşqçisi Roberto Mançini artıq bu barədə rəhbərliyə də müraciət edərək, keçmiş
yetirməsinin xidmətində maraqlı olduğunu bildirib. Bu keçidin6-7 milyon avroya reallaşa biləcəyi
deyilir.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan 29 yaşlı yarımmüdafiəçi 2011-ci ildə digər Türkiyə Superliqa təmsilçisi "Trabzonspor"danİstanbul klubuna keçib. O hazırda komandanın aparıcı üzvü və kapitanıdı.