AFFA və AVRO-2020 könüllüləri bu gün Böyük Vətən müharibəsi veteranlarını ziyarət edib.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, sosial aksiya 9 may - faşizm üzərində qələbənin 75 illik yubileyi münasibətilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin irəli sürdüyü təşəbbüs əsasında gerçəkləşib.
Könüllülər veteranlara bayram sovqatı çatdırıblar.