
İspaniyanın "Atletiko" klubunun qadın futbolçusu Viqriniya Torreçilla beyin əməliyyatı keçirib.
Sportnet.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram" hesabından paylaşım edib.
İspaniyalı oyunçunun əməliyyatı uğurlu alınıb və o evə buraxılıb. Torreçilla beynindəki şişə görə əməliyyat olunub.
Qeyd edək ki, Viqriniya Torreçilla 2019-cu ildən "Atletiko"da çıxış edir. O, 2012/2013, 2013/2014 və 2014/2015 mövsümlərində "Barselona" ilə ölkə çempionu olub.