Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Jorj-Kevin Nkudunu zədələnib.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı fransalı yarımmüdafiəçinin sağ budunun yuxarı hissəsində ödem aşkarlanıb. Onun müalicəsinə başlanılıb, futbolçunun nə vaxt yaşıl meydanlara qayıdacı açıqlanmayıb.
Qeyd edək ki, Jorj-Kevin Nkudu 2019-cu ilin avqustundan "Beşiktaş"da çıxış edir. Mart ayında koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqası iyunun 12-də bərpa olunmalıdır.