
"Gərgin oyun alındı. Birinci hissədə qol epizodlarımız oldu. Nizami Hacıyev ilk dəqiqələrdə qol vəziyyətindən istifadə etsəydi, nəticə başqa cür olacaqdı. Əsas odur ki, 3 xal qazandıq". Sportnet.az-ın məlumatına görə, bunu Bakı "İnter"inin məşqçisi Roman Cəfərov AZAL-ı 1:0 hesabı ilə yendikləri Premyer Liqa matçından sonra deyib.
Cəfərov çempionatın startı ilə müqayisədə daha az qol vurmalarını belə izah edib: "Futbolçulardan razıyıq. Çempionat başlayanda daha çox qol vururduqsa, indi daha çox qol epizodu yaradırıq. Müəyyən çatışmazlıqlar var, amma hər şey yaxşı olacaq”.
Qeyd edək ki, AZAL üzərindəki qələbə sayəsində "İnter" 24 xalla 2-ci pilləyə yüksəlib. Amma komanda 13 oyuna cəmi 22 qol vura bilib.






































































