Bu gün
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sportnet.az-ın məlumatına görə,
iclasda Azərbaycan kubokunun
1/8 final mərhələsində keçirilən "Neftçi” – "Qaradağ Lökbatan” matçında baş verənlərlə bağlı qərar
qəbul edilib.
"Neftçi” – "Qaradağ Lökbatan” matçının 68-ci dəqiqəsində "Neftçi” klubunun 18 nömrəli futbolçusu Kaue da Silva kobud oynadığına görə, birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Futbolçu 2 oyun cəzalanıb, klub isə 2000 manat cərimə olunub.