Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, aparılan
müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici
heyətlərinin XV tur oyunları ilə
bağlı cəzaları açıqlanıb.
"Xəzər Lənkəran” – "Qəbələ” matçının 41-ci dəqiqəsində ev
sahibi komandanın futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə
ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb,
klub 100 manat cərimə olunub.
"Sumqayıt” – "Simurq” matçında Zaqatala klubunun 4 , sumqayıtlıların isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki kluba 500 manat məbləğində cərimə kəsilib.