"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Aleksey İsayev bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq.
24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, İsayev karyerası ərzində Rusiyanın “Yenisey” (2014-17, 2017/18) və “Zenit-2” (2016/17) klublarında çıxış edib. Azərbaycan millisinə də dəvət almış futbolçunun son komandası “Sumqayıt” (2018-2020) olub.