
Koronavirus pandemiyası üzündən yarımçıq başa çatdırılan Azərbaycan kuboku 2019/2020 mövsümü “Qəbələ”nin turnirdə 15-ci sınağı olub.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, bu yarışda 2005/2006 mövsümündə debüt edən “qırmızı-qaralar” bu müddətdə 66 oyuna 63,1 faizlik göstəriciyə malikdir. 36 qələbə və 17 heç-heçəsi olan “Qəbələ” yalnız 13 dəfə uduzub. 112 top vuran və 55-ni buraxan "Qəbələ" Azərbaycan kuboku tarixinin 8-ci komandasıdır.
“Qırmızı-qaralar” 7-ci olan “Turan”dan 3, 6-cı olan “Xəzər Lənkəran”dan 12 xal geridədir. Komanda həm ev, həm səfərdəki göstəricilərinə görə yarışın 28 illik tarixində 8-cidir. “Qəbələ” neytral meydandakı nəticəsinə əsasən 6-cı sırada yer alıb.
Cəmi 66 36 17 13 112-55 125
Evdə 34 21 9 4 69-21 72 S
28 14 7 7 41-30 49
Neytral 4 1 1 2 2-4 4