Futbol üzrə Rusiya Premyer Liqasında 2020/2021 mövsümünün ilk 6 turunun təqvimi açıqlanıb.
Sportnet.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, ilk turun oyunları 8, 9, 10 və 11 avqust tarixlərində keçiriləcək.
VI turdan sonra isə Rusiya millisinin UEFA Millətlər Liqasındakı matçları ilə bağlı Premyer Liqada fasilə olacaq.
Fasilə avqustun 31-dən sentyabrın 10-dək davam edəcək.