İtaliya çempionatında 2020/2021 mövsümü sentyabrın 19-da start götürəcək və mayın 23-də yekunlaşacaq.
Sportnet.az-ın A Seriyasının mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə Liqa Şurası yekdilliklə qərar qəbul edib.
Qeyd edək ki, İtaliyada 2019/2020 mövsümü avqustun 2-də yekunlaşıb. "Yuventus", "İnter", "Atalanta" və "Latsio" Çempionlar Liqasına, "Roma", "Milan" və "Napoli" Avropa Liqasına vəsiqə qazanıb.