
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakcell şirkətinin dəstəyi ilə dekabrın 14-də, saat 14:00-da "Bayıl Arena”da ''Britaniya komandası'' və ''Qarabağ'' futbol klubu arasında qeyri-rəsmi futbol oyunu keçiriləcək. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tədbirin məqsədi 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı əsgərlər arasında oynanılan ilk futbol oyununun 100 illiyini qeyd etməkdir.
Həmin vaxt bir-birinə əks cəbhədə vuruşan əsgərlər bir anlıq müharibəyə fasilə vermiş, mahnılar oxumuş, hədiyyələr paylaşmış və rəmzi olaraq futbol oynamışdılar.