"Neftçi" UEFA Avropa Liqasında ilk oyununu keçirib.
Spotrnet.az-ın məlumatına görə, Füzuli Məmmədovun baş məşqçilik etdiyi komanda I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi" ilə üz-üzə gəlib.
"Bakcell Arena"da təşkil olunmuş qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. 66-cı dəqiqədə "Neftçi"nin belçikalı legioneri Sabir Burqin hesabı açıb. 70-ci dəqiqədə qonaqların heyətində Omar Qudiabi ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 88-ci dəqiqədə Anton Krivotsyuk ikinci qolu "Şkupi"nin qapısından keçirib. 90+1 -ci dəqiqədə isə Dembo Darbo hesab arasındakı fərqi azaldıb.
Beləliklə, "Neftçi" Avropa Liqasında II təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. Bu raundun püşkü avqustun 31-də atılacaq.
-------------------------------------------------------
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün gümüş mükafatçısı "Neftçi" də mübarizəyə qoşulacaq.
"Ağ-qaralar" avrokubok macərasına Şimali Makedoniya "Şkupi"si ilə matçla start verəcək. "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da start götürəcək.
Qalib gələn komanda II təsnifat mərhələsinə vəsiqə əldə edəcək.
Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust
20:00. "Neftçi" (Azərbaycan) – "Şkupi" (Şimali Makedoniya) - 1:0
Qol: Sabir Buqrin, 66
Qırmızı vərəqə: Omar Qudiabi, 70
Hakimlər: Aleksandrs Qolubevs, Raymonds Tatriks, Yevgeniys Morozovs, Artis Kenins (hamısı Latviya)
Bakı, "Bakcell Arena"
Qeyd edək ki, bu gün "Neftçi" ilə yanaşı, "Keşlə"və "Sumqayıt" klubları da avrokuboklarda mübarizəyə start verəcək.