UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün keçirilməli olan “Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) görüşü təxirə salınıb.
Sportnet.az xəbər verir ki, buna qonaq komandanın daha 6 üzvünün koronavirusa yoluxması səbəb olub.
Daha əvvəl 5 futbolçuda virus aşkarlanıb və onlar İsrailə aparılmayıblar.
UEFA da artıq matçın təxirə salındığını təsdiqləyib. Görüşün yeni tarixi qarşıdakı günlərdə açıqlanacaq.