
Topaz Premyer Liqasında 36-cı turun oyun cədvəli məlum olub. Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunlar eyni gündə baş tutacaq.
Matçlardan 4-ü eyni saatda start götürəcək. Turun proqramında iki dəyişiklik baş verib. Bunlar çempionluğu rəsmiləşən "Qarabağ” və gümüş medalı təmin etmiş "İnter”in son oyunları doğma publika qarşısında keçirmək arzuları ilə əlaqədardır. Onlara rəqib komandaların heç bir iddiaları qalmadığından, stadion dəyişikliyi müraciətini müsbət cavablandırıblar.
"Xəzər Lənkəran” – "Qarabağ” qarşılaşmasının digərləri ilə müqayisədə daha gec başlamasının səbəbi isə həmin görüşdən sonra ağdamlılara qızıl və "İnter”ə gümüş medalların təqdim olunacağı ilə bağlıdır. Belə ki, "bankirlər”in də təltifetmə mərasiminə yetişməsi üçün "Qarabağ”ın oyunu 2 saat gec start götürəcək.
17 may (şənbə)
"Xəzər Lənkəran” – "Qarabağ”
Tofiq Bəhramov adına Respublika stadionu, 19:00
"Qəbələ” – "Sumqayıt”
Qəbələ şəhər stadionu, 17:00
AZAL – "İnter”
"Şəfa” stadionu, 17:00
"Rəvan” – "Bakı”
"Bayıl Arena” stadionu, 17:00
"Simurq” – "Neftçi”
Zaqatala şəhər stadionu, 17:00