
"Simurq" aparıcı futbolçularından olan Benjamin Lambotla yeni müqavilə imzalayıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı futbolçu 6 aylıq sözləşməyə imza atıb. 
	
O, mövsümün sonuna qədər Zaqatala təmsilçisinin uğurları üçün mübarizə aparacaq.
O, mövsümün sonuna qədər Zaqatala təmsilçisinin uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, ötən mövsüm qış fasiləsində "Simurq"un heyətinə cəlb olunan Benjamin Lambot Topaz Premyer Liqasında 30 qarşılaşmada meydana çıxıb. 









                 





    
    
    
    
    
    
    
    






















































