"Neftçi" UEFA Avropa Liqasında II təsnifat mərhələsinin oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Füzuli Məmmədovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray" klubunu qəbul edib. Bakı Olimpiya Stadionundakı qarşılaşma İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk real qol vəziyyəti 13-cü dəqiqədə yaradılıb. Qapıçı Aqil Məmmədov komandasını real qoldan xilas edib. Qonaqlar 2 dəqiqə sonra yenidən təhlükə yaradıb. Rayan Babelin cərimə zərbəsindən vurduğu qüvvətli zərbəni qolkiper dəf edib. "Qalatasaray" 19-cu dəqiqədə Mbaye Diaqnenin başla dəqiq zərbəsindən sonra hesabı açıb.
"Neftçi" ilk təhlükəli vəziyyəti 37-ci dəqiqədə gerçəkləşdirib. Paytaxt klubunun yeni transferi Prins İbaranın zərbəsi qapının üstündən keçib. 6 dəqiqə sonra isə Yusuf Laval cərimə meydançasının içərisində dəqiq oynaya bilməyib. Birinci hissə "sarı-qırmızılar"ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci hissənin ilk dəqiqəsində flaqman hesabı bərabərləşdirib. 46-cı dəqiqədə künc zərbəsindən sonra Mamadu Mboc başla fərqlənib. "Neftçi"nin sevinci cəmi 2 dəqiqə çəkib. 48-ci dəqiqədə Kristian Luyindama "korner"dən sonra komandasını yenidən önə keçirib.
57-ci dəqiqədə Emre Kılıçın fərqlənməsinə Aqil Məmmədov mane olub. 63-cü dəqiqədə isə Mbaye Diaqne "Neftçi"nin müdafiəsindəki səhvdən sonra özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
Beləliklə, İstanbul klubu 7 ildən sonra avrokuboklarda səfər matçında qələbə qazanıb. Bu, "sarı-qırmızılar"ın beynəlxalq arenada 100-cü qələbəsidir. "Qalatasaray" avrokuboklardakı son qələbəsini isə 2018/2019 mövsümündə Rusiya "Lokomotiv"i üzərində qazanmışdı - 2:1.
Bununla da "Neftçi" avrokuboklarda mübarizəni dayandırıb. "Qalatasaray" isə III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələəcək.
------------------------------
Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Neftçi" turnirdə növbəti oyununu keçirəcək. Flaqman Türkiyə nəhəngi "Qalatasaray"la qarşılaşacaq.
Bakı Olimpiya Stadionundakı görüş saat 20:00-da start götürəcək.
17 sentyabr
UEFA Avropa Liqası
II təsnifat mərhələsi
20:00. “Neftçi” – “Qalatasaray” (Türkiyə) - 1:3
Qollar: Mamadu Mboc, 46 - Mbaye Diaqne, 19. Kristian Luyindama, 48; 63 Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu
Qeyd edək ki, I raundda Makedoniya "Şkupi"sini mübarizədən kənarlaşdırmış "ağ-qaralar" İstanbul təmsilçisini də keçəcəyi təqdirdə növbəti mərhələdə “Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.