"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya" ilə keçirəcəyi matçın hakimləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Tobias Ştilerə yan xətt hakimləri Kristian Qittelmann və Rafael Foltin köməklik edəcək.
Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək. Ştiler daha əvvəl də Ağdam təmsilçisinin avrokubokdakı matçını idarə edib.
39 yaşlı baş hakim 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində komandanın İtaliyada "Roma"ya 0:1 hesabı ilə uduzduğu görüşdə iş başında olub.
Qeyd edək ki, oktyabrın 1-də Polşadakı "Voyska Polskoqo" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.