"Hər məşqçi öz fəlsəfəsini komandaya uyğunlaşdırmaq istəyir. Yeni həlləri tətbiq etmək üçün bir az vaxtımız oldu və hazırda onları meydanda göstərmək niyyətindəyik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının futbolçusu Mateuş Vieteska UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
23 yaşlı polşalı müdafiəçi bildirib ki, qarşılaşmanın nə qədər vacib olduğunun fərqindədirlər: "Matça yaxşı hazırlaşmışıq. Rəqibi analiz etdik, bizi nəyin gözlədiyini bilirik. Hazırlaşmaq üçün bir həftə vaxt var idi və məşqdən məşqə daha yaxşı idik. Oyundan əvvəl nikbinəm".
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.