
"Neftçi” klubu yeni mövsümün hazırlığına start verib. Sportnet.az-ın klub saytına istinadən məlumatına görə, komandanın təlim-məşq bazasında baş tutan məşqdə əsasən yerli futbolçular iştirak edib.
Legionererlər və milli komandalara çağırılanlar isə bu hazırlıqda yer almayıblar. Onlar Türkiyənin Bolu şəhərində keçiriləcək təlim-məşq toplanışında düşərgəyə qoşulacaqlar. 
Qeyd edək ki, komandamız bu ayın 12-nə kimi Bakıda hazırlıq keçəcək. Sonra isə "ağ-qaralar”ın Türkiyə və Avstriyada iki mərhələli təlim-məşq prosesi baş tutacaq. 












                 





    
    
    
    
    
    
    
    
    























































