
Topaz Premyer Liqasının XVII turunda keçirilən "Sumqayıt” – "Qəbələ” oyunu 1:1 hesabı ilə başa çatıb. Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, əyalət təmsilçisinin məşqçisi Sənan Qurbanov oyuna belə şərh verib:
"Qələbə qazanmaq istəyirdik. Məncə, komandamız "Qarabağ”la oyunda yorulmuşdu. "Sumqayıt”la oyunda planımız tez qol vurmaq idi. Təəssüf ki, bunu bacarmadıq. Bütün bunları nəzərə alıb, 1 xal qazandığımızı deməliyəm. Rəqibin təzyiq göstərəcəyini, mübarizə aparacağını bilirdik. Belə də oldu. Penalti epizodu ilə bağlı konkret danışa bilməyəcəyəm. Bunun üçün epizoda baxmaq lazımdır”. 









                 





    
    
    
    
    
    
    
    
    





















































