UEFA Millətlər Liqasında III turun Monteneqro - Azərbaycan matçının təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma İspaniyadan olan hakimlər briqadasına tapşırılıb. Referi Rikardo de Burgos Benqoeçeaya yan xətt hakimləri qismində Roberto del Palomar və Pau Sebrian Devis kömə edəcək.
Dördüncü hakim funksiyasını Xavyer Estrada Fernandes yerinə yetirəcək. Rikardo de Burgos Benqoeçea ilk dəfə Azərbaycan komandasının oyununa təyinat alıb. Hakim-inspektor Fransadan Paskal Qaribiyan, UEFA nümayəndəsi isə Serbiyadan İqor Radoyiçiç olacaq.
Qeyd edək ki, oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.