1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurbanov: “Bəhram Bağırzadənin dediklərində pis bir şey görmürəm”
"Məncə, yığmaya gələn futbolçuların pul almağını danışmaq düzgün deyil. Onlar pulu klublarından alırlar yığmadan almırlar ki”. Bunu Sportnet.az-a Azərbaycan milli komandasının köməkçi məşqçisi Mahmud qurbanov deyib.
41 yaşlı mütəxəssis tanınmış şoumen və azarkeş Bəhram Bağırzadənin ittihamlarına münasibət bildirib: "Azarkeşlər fikir söyləyə bilərlər. Orada elə bir şey yoxdur. Azarkeşlərə demək olmaz ki, fikir bildirməyin. Bu mümkün deyil. Bəhram Bağırzadə ilə də tanışlığımız var. Onun azarkeş olaraq danışmağında mən heç bir şey görmürəm. Yəni ki orada pis bir şey yoxdu. Azarkeşlər oyunçulara çıxışına görə qiymət verir. Onun dediklərinin hər bir oyunçuya aydiyyatı yoxdur.
Qurbanov milliyə can yandıran futbolçuların çoxluq təşkil etdiyini vurğulayıb: "Milliyə düşmək, onun formasını geyinmək şərəfdir. Azərbaycan elə də böyük ölkə deyil. 9 milyon əhalisi var. Onların içindən 11 nəfəri seçib, gətiririksə, bu həmin futbolçular üçün fəxr olmalıdır. Fərqi yoxdur ki, onun ustalıq səviyyəsi nə yerdədir. Onlar milli üçün can yandırmalıdırlar və meydanda can-başla çalışmalıdırlar. Hazırda yığmada belə futbolçular çoxdur. Biz onlara vətənpərvər futbolçular deyirik. Bu ölkənin çörəyini yeyən hər kəs ona qulluq etməlidir. Biz də futbolla qulluq edirik. Həqiqətən də, millidə komandaya can yandıranlar çoxluq təşkil edir”.
Qeyd edək ki, Bəhram Bağırzadə Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin futbolçularının layiq olmadıqlarından qat-qat artıq əmək haqqı aldıqlarını bildirib.