
Şotlanriyanın "Seltik” klubunun yeni baş məşqçisi müəyyənləşib. Sportnet.az-ın klub saytına istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi norveçli mütəxəssis Ronni Deylaya tapşırılıb.
"Ağ-yaşıllar” 39 yaşlı skandinaviyalı ilə 1 illik rəsmi müqavilə imzalayıb. 
Qeyd edək ki, Deyla son olaraq ölkəsinin güclülər dəstəsində çıxış edən "Stromsgodset” klubunda baş məşqçi işləyib və ötən mövsüm komandaya çempionluq qazandırıb.









                 





    
    
    
    
    
    
    
    
    






















































