"Belə bir komandaya gəldiyim üçün şadam. Sevinirəm ki, öz ənənəsi, titulları və tarixi olan klubun üzvüyəm. Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Bruno Teluşi klubun rəsmi "YouToube" kanalına açıqlamasında deyib.
"Ağ-qaralar"ın tarixində ilk albaniyalı futbolçu olduğunu söyləyən dayaq yarımmüdafiəçisi bunun özü üçün əlamətdar hadisə olduğunu bildirib: "Albaniyanın "Neftçi"dəki ilk təmsilçisi kimi komandanın uğurlu çıxışı üçün maksimum çalışacağam".
29 yaşlı oyunçu flaqmana əlindən gələnin ən yaxşısını etmək üçün keçdiyini deyib: "Komandanın uğurlarında pay sahibi olmaq istəyirəm. Çalışacağam ki, "Neftçi" mümkün qədər çox qələbə və çempionluq qazansın".
Qeyd edək ki, Bruno Teluşi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.