UEFA Avropa Liqasında I qrupunun ilk turunda İsraildə "Makkabi" (Tel-Əviv) ilə qarşılaşacaq "Qarabağ"ın səfər proqramı müəyyənləşib.
Klubun Mətbuat katibi Nurlan İbrahimovun Sportnet.az-a verdiyi məlumata görə, komanda matçdan 1 gün öncə - oktyabrın 21-də Bakı vaxtı ilə saat 11:00-da Tel-Əvivə yola düşəcək.
Onun sözlərinə görə, klub səfərə tam heyətlə yollanacaq: "Hazırda Mahir Emreli fərdi reabilitasiya keçir, komanda ilə məşqlərə qoşulmayıb. Onun meydana çıxıb-çıxmayacağı sual altındadır. Amma komanda ilə birlikdə İsrailə yollanacaq".
Qeyd edək ki, oktyabrın 22-də Tel-Əvivdəki "Blumfild" stadionunda baş tutacaq "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.