
UEFA Türkiyənin "Eskişehirspor" və "Sivasspor" klublarını 2014-2015-ci il mövsümündə Avropa Liqasında iştirakdan məhrum edib. Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, hər iki klub danışılmış oyunların təşkilində ittiham olunur.
Cəzalı komandalar qərardan İdman Arbitraj Məhkəməsinə şikayət edə bilərlər.
Qeyd edək ki, "Sivasspor"da Azərbaycan milli komandasının futbolçusu Cihan Özkara da çıxış edir. "Eskişehirspor"un formasını isə vaxtilə millimizin kapitanı Rəşad Sadıqov da geyinib.