Ukraynanın "Çernomorets" klubunun futbolçuları komandanı tərk edə bilər. Sportnet.az xəbər verir ki, "Qəbələ" ilə müqavilə bağlayan və Odessa təmsilçsini tərk edən Roman Qriqorçukun ardından komandadan ayrılanların sayı artıb.
Məşqçilər korpusunun ardınca bu dəfə də müxtəlif klubların hədəfində olan futbolçular komandadan gedir. Onlar azad agent status qazanmaq istəyir və başqa klublarla rahat şəkildə müqavilə bağlamaq niyyətindədirlər. "Çernomorets"-dən ayrılan futbolçular isə bunlardı - Dmitri Bezotosnı, Yevgeni Opanasenko, Kirill Kovalçuk, Vladimir Arjanov, Aleksey Qay və İvan Bobko. Roman Qriqorçukun rəhbərliyi altında oynamış bu futbolçuların əksəriyyətinin "Qəbələ"yə keçəcəyi deyilir.
Lakin Sportnet.az-a açıqlama verən klubun meneceri Səbuhi Səfiyarlı məlumatı təkzib edib. O bildirib ki, yazılanlar həqiqətə uyğun deyil: "Bu futbolçuların komandamıza transferi gündəmdə deyil. Yazılanlar hamısı yalandı və həqiqətə uyğun deyil".