"Bu matçda düzgün oynadıq. Çox yaxşı çıxış etdiyimizi düşünmürəm".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin "Sivasspor" klubunun futbolçusu Erdoğan Yeşilyurt Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
26 yaşlı yarımmüdafiəçi görüş ərzində yaxşı müdafiə olunduqlarını söyləyib: "Əks-hücumlarda iki qol vura bildik. Qarşıda daha 3 oyunumuz var. Çətin olacağını bilirik, amma əlimizdən gələni edib qrupdan çıxmaq istəyirik".