
Dekabrın 24-dən 31-dək Bakı şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha 2 futbolçu cəlb olunub.
Sportnet.az xəbər verir ki, bunlar "Bakı” klubundan Umar Akmurzayev və Rusiyanın "Tosno” klubundan Ceyhun Quliyevdi.