21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveçrə - Azərbaycan oyununun hakimləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Referi Kaspar Syöberqin köməkçiləri Peter Maqnusson və Maks Robin Vilde olacaq. Dördüncü hakim funksiyasını isə Viktor Volf yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 12-də Tyun şəhərindəki eyniadlı arenada baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-dastart götürəcək.