Futbol üzrə Azərbaycan Premyer Liqasında ən çox Braziliyadan olan əcnəbi oyunçular çıxış edir.
Sportnet.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin hesabatında ölkə çempionatında 9 "sambaçı"nın forma geyindiyi bildirilir.
Sonrakı iki pilləni Rusiya və Serbiya hərəyə 7 legionerlə bölüşdürür. Qonşu ölkənin idmançıları əsasən, milliləşdirildikdən sonra Azərbaycanda çıxış edirlər.
4-cü yerdə isə 5 təmsilçi ilə Fransa qərarlaşıb.
Xorvatiya, Ukrayna və İrandan hərəyə 3, Belçika, Albaniya, Gürcüstandan hərəyə 2 oyunçu karyerasını Premyer Liqada davam etdirir.
Qeyd edək ki, siyahı doğulduqları ölkələrdən kənarda çıxış edən legionerləri əhatə edir.