Futbol üzrə Azərbaycan Kubokunda 2020/2021 mövsümünün püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılıb.
Azərbaycan Kuboku
1/8 final
1. “Səbail” - “Zaqatala”
2. “Turan Tovuz” - “Qəbələ”
3. “Sabah” - “Kəpəz”
4. “Qaradağ Lökbatan” - “Zirə”
1/4 final
5. “Sumqayıt” - 1-ci cütün qalibi
6. “Qarabağ” - 2-ci cütün qalibi
7. “Keşlə” - 3-cü cütün qalibi
8. “Neftçi” - 4-cü cütün qalibi
1/2 final
9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
10. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
Final
11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi
Tədbir Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olub.
Reqlamentə əsasən, ötən mövsüm Premyer Liqanı ilk 4 pillədə başa vurmuş "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" komandaları mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar.
Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq. 21 - 29 apreldə yarımfinal görüşləri, mayın 28-də isə final oyunu baş tutacaq.
Ötən mövsüm koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.