1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əvvəl Çalımbay, sonra Qurbanov
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin IV turunda "Başakşehir Fatih Terim" stadionunda "Sivasspor"u qəbul edəcək.
Sportnet.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov sabah-25 noyabrda, yerli saat 19:00-da (Bakı vaxtı ilə 20:00) media nümayəndələrinin suallarını cavablandıracaq. Futbolçular isə saat 19:30-da (Bakı vaxtı ilə 20:30) qarşılaşmanın keçiriləcəyi stadionda son məşqinə çıxacaq.
Rəqib komandanın baş məşqçisi isə saat 16:30-da (Bakı vaxtı ilə 17:30) mətbuat konfransı keçirəcək, "Sivasspor"un son məşqi isə saat 17:00-da (Bakı vaxtı ilə 18:00) baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-sı, saat 20:55-də (Bakı saatı ilə 21:55) start götürəcək.