
"Təcrübəli oyunçuyam, özümdən kiçik komanda yoldaşlarıma nümunə olmalıyam".
Sportnet.az-ın məlumatına görə, bunu "Sivasspor"un futbolçusu Aruna Kone UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Ağdam klubunun qapısına 2 qol vuran 37 yaşlı hücumçu təssüratlarını bölüşüb: "İtkilərdən şikayətlənməkdənsə, yoldaşlarımla birlikdə nəsə etməli idik. İki qol vurduğum üçün şadam".