
"Qəbələ" əsas komandanın qapıçılar üzrə məşqçisi Dmitriy Kramarenko ilə yollarını ayırıb. Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dmitriy Kramarenko 2013-2014 mövsümünün startından "Qəbələ"də çalışırdı. "Qəbələ" mütəxəssisə komandadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.