
Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümündə şəxsi həkimi Leopoldo Luke ittiham olunur.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, Maradonanın qohumları Lukeni sabiq futbolçunun ölümündə ittiham ediblər.
İddia olunur ki, məhkəmə həkimin İspaniyanın San-İsidro şəhərindəki evində axtarış aparmaq barədə qərar çıxarıb. Daha əvvəl o, subdural hematoma ilə əlaqədar futbolçunu cərrahi əməliyyat edib.
Bu halda həkimin məhz nədə ittiham olunduğu hələ açıqlanmır. Ehtimal ki, o, pasiyentə tibbi kömək göstərilməməsində şübhəli bilinir.