"Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsinin V turunda İsrailin "Makkabi" komandası ilə matç üçün Türkiyəyə yola düşüb.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi İstanbul şəhərinə yollanıb.
Komandanın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün səfərdə yer almayıb. Bakı vaxtı ilə saat 16:30-da ölkə çempionunun mətbuat konfransı, 19:30-da isə komandanın məşqçi baş tutacaq.
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.