"Sona qədər çalışdıq. Amma alınmadı".
Sportnet.az xəbər verir ki, bu fikirləri İspaniyanın "Vilyarreal" komandasının futbolçusu Pervis Estupinyan La Liqanın XII turunda "Elçe" ilə qolsuz heç-heçə etdikləri matç barədə şəxsi tvitter hesabında yazıb.
22 yaşlı ekvadorlu müdafiəçi məqsədlərinin hər zaman qələbə qazanmaq olduğunu bildirib: "Artıq Avropa Liqası matçı barədə düşünürəm".
Qeyd edək ki, "Vilyarreal" Avropa Liqasının VI turunda evdə "Qarabağ"la qarşılaşacaq. Dekabrın 10-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında İstanbuldakı matçda İspaniya təmsilçisi 3:1 hesabı ilə qalib gəlib. Estupinyan zədə səbəbindən həmin qarşılaşmada iştirak etməyib.