
Ağabala Ramazanov növbəti mövsümü də "Xəzər Lənkəran"da keçirəcək. Bunu Sportnet.az-a verdiyi açqlamada 21 yaşlı futbolçunun özü bildirib.
Ramazanov bir sıra yerli komandadan təklif aldığını etiraf etsə də, cənublu futbolsevərlərə xoş müjdə də göndərib: "Mövsüm başa çatdıqdan sonra 4 yerli klubdan təklif aldım. Ancaq heç bir yerə getmək fikrim yoxdur. "Xəzər Lənkəran"la hələ 1 illik müqaviləm var. Lənkəran klubunu tərk edəcəyimlə bağlı barəmdə ölkə mətbuatında dərc edilən yazılar həqiqəti əks etdirmir. Bu kollektivdə özümü xoşbəxt hiss edorəm".