"Neftçi" Azərbaycan Premyer Liqasının 13-cü turunda qarşılaşacağı "Keşlə" ilə oyunun hazırlığına başlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Sabah” üzərində qələbədən sonra dünən bərpa keçən komanda üzvləri bu gün "Bakcell Arena”da məşqə çıxıb.
"Neftçi TV” vasitəsilə canlı yayımlanan hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, dekabrın 24-ü "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Keşlə” oyunu saat 18:00-da başlayacaq.