"Qəbələ”
klubunun yerli futbolçuları iyunun 9-da bir araya gətiriləcək. Klubun meneceri Səbuhi Səfiyarlının Sportnet.az-a verdiyi məlumata
görə, baş məşqçi vəzifəsinə təyin olunacağı gözlənilən İvaylo Petev bundan bir gün sonra Qəbələdə olacaq.
Klub rəsmisinin sözlərinə görə, bolqarıstanlı mütəxəssis hələ də Azərbaycan vizasını ala bilmədiyindən, ölkəmizə gəlməyibr: "Şənbə və bazar günləri viza almaq olmur. Bu səbəbdən, Petevin Azərbaycana gəlişi bir qədər yubanır. Yəqin ki, iyunun 10-da yeni baş məşqçimiz Qəbələyə gələr və həm futbolçular, həm də bazamızla yaxından tanış olar”.
Qeyd
edək ki, "Qəbələ” İvaylo Petevlə 2 illik müqaviləyə dair şifahi razılıq əldə edib.