
"Sumqayıt" Topaz Premyer Liqasınını 2014/2015 mövsümü üçün qış hazırlıq planı bəlli olub. Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aqil Məmmədovun komandası 3və 4-cü dövrənin hazırlıq mərhələsini ölkə daxilində keçirəcək.
"Sumqayıt" yanvarın 5-də bir araya gələcək.
Aqil Məmmədovun yetirmələri yanvarın 11-dən başlayaraq Sumqayıtda təlim-məşq toplanışına yığışacaq. Komanda yanvarın 14, 17,20 və 23-də yoxlama oyunları keçirəcək. Rəqiblər haqqında saytımlızda məlumat verəcəyik.