"Neftçi"nin futbolçusu Sabir Buqrin zədələnib.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Samir Abasov "Neftçi" TV-yə açıqlamasında bildirib.
43 yaşlı mütəxəssis belçikalı yarımmüdafiəçinin ötən gün məşq vaxtı yüngül xəsarət aldığını söyləyib. Abasov bu səbəbdən, Buqrinin bu gün "Kəpəz"ə qarşı oynamadığını diqqətə çatdırıb.
Qeyd edək ki, görüş "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 1:0.