İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta Mesut Özilin Türkiyə "Fənərbağça"sına keçidindən danışıb.
Sportnet.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis 33 yaşlı yarımmüdafiəçinin hazırda Türkiyədə olduğunu xatırladıb.
Arteta Mesutun tibbi müayinədən keçəcəyini və bəzi sənədləşmə işlərinin aparılacağını vurğulayıb: "Keçid baş tutan kimi bu barədə rəsmi məlumat verəcəyik. Bu cür oyunçuların klubdan ayrılmasını görmək kədərlidir".
Qeyd edək ki, Mesut Özil 2013-cü ildən "Arsenal"da çıxış edir. Onun tezliklə "Fənərbağça" ilə müqavilə imzalayacağı gözlənilir.