"Sumqayıt”ın prezidenti Riad Rəfiyev Vətən müharibəsində qəhrəmancasına döyüşmüş “Kimyaçı” fan-klubunun üzvü, sadiq azarkeşimiz Mehman Rzayevlə görüşüb.
Sportnet.az xəbər verir ki, görüşdə klubun idman direktoru Zamiq Hüseynov və baş məşqçi Ayxan Abbasov da iştirak edib. Kapitan Vurğun Hüseynov isə azarkeşə komandanın formasını hədiyyə edib.
Klub rəhbərliyi və futbolçular eyni zamanda 20 Yanvar - Ümumxalq Hüzn günü ilə əlaqədar Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət ediblər.