
"Keşlə" Futbol Klubunun məşqçilər korpusundə dəyişiklik olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azər Bağırov komandanın yeni baş məşqçisi Sənan Qurbanovun köməkçisi təyin olunub.
39 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Bağıraov daha əvvəl "Qəbələ", "Turan Tovuz" və MOİK klublarında çalışıb.