"İcraiyyə Komitəsinin iclasında U-21-in baş məşqçisi ilə bağlı müzakirə gedib. Bəzi yerli məşqçilərimiz artıq işləyirlər".
Sportnet.az xəbər verir ki bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O bildirib ki, məşqçilər heyəti ilə bağlı qərar qəbul edərkən Samr Əliyvin U-21-ə namizədliyi müzakirə olunub: "Axı, hazırda onun özünün U-19 komandasında vəzifəsi var. Elə bir mütəxəssis deyə bilməz ki, mən Elxan Məmmədovla əlaqə saxlamışam, amma görüşmək istəməyib. Hamısı ilə danışmışıq. U-19 və U-21 riskli yığmalardır. Gənc məşqçilər 6 ay işləyir, sonra klubdan kənarlaşdırılırlar. Təəssüf ki, səbəb ətraflı soruşulmur. Ötən il Milan Obradoviç çəkinmədən yaşı az olan futbolçulara şans verdi. De Byazi də öz növbəsində əsas milliyə gənc oyunçular dəvət etdi".
E.Məmmədov baş məşqçi Milan Obradoviçin U-21 yığmasındakı taleyinin AVRO-2023-ün seçmə mərhələsindəki nəticələrindən asılı olacağını bildirib: "Püşk dünən atıldı, çətin qrupa düşdük. Alınsa, davam edəcək. İstədiyimiz baş verməsə, təbii ki, əməkdaşlıq davam etdirilməyəcək. Hər bir baş məşqçi ilə minimum 2 seçmə mərhələni əhatə edən müqavilə imzalanıb".