Azərbaycan millisinə Ukraynadan daha bir futbolçu cəlb oluna bilər.
Sportnet.az-ın xəbərinə görə, Ukraynanın "Minay" klubunun hücumçusu Rüstəm Əhmədzadə AFFA-nın maraq dairəsinə düşüb.
Hazırda yığmanın skautları 21 yaşlı forvard barədə məlumat toplayırlar.
Qeyd edək ki, Kiyevin “Zirka” klubunun yetirməsi olan Rüstəm Əhmədzadə “Aleksandriya” və “Kolos”un əvəzedicilərində çıxış edib. Ötən ilin yayında “Minay”la 1 illik müqavilə bağlayan gənc hücumçu cari mövsüm Premyer Liqanın 6 oyununda meydana çıxıb.