Braziliyanın "Palmeyras" və "Santos" komandaları arasında Libertadores Kubokunun final matçı keçirilib.
Sportnet.az xəbər verir ki, Rio-de-Janeyronun "Marakana - Mario Filyu" stadionunda təşkil olunmuş görüş “Palmeyras”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın argentinalı baş hakimi Patrisiu Loustau qarşılaşmanın ikinci hissəsinə səkkiz dəqiqə əlavə edib. Qolu meydana 85-ci dəqiqədə çıxmış hücumçu Breno Enrike 90+9-cu dəqiqədə vurub.
Qoldan bir neçə dəqiqə əvvəl referi “Palmeyras”ın baş məşqçisi Abel Ferreyranı idmana yaraşmayan hərəkətinə görə stadiondan uzaqlaşdırıb.
Beləliklə, "Palmeyras" tarixində ikinci dəfə Libertadores Kubokuna yiyələnərək, 4 - 11 fevralda Qətərdə təşkil olunacaq klublararası dünya çempionatına vəsiqə qazanıb.